24 Noyabr, 2011
Vüqar Səfərli jurnalistləri təbrik etdi

Tikiləcək media yaşayış binası ilə bağlı sənədləşmə işləri tamamlanıb

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

V. Səfərli bildirib ki, fond Fövqəladə Hallar Nazirliyindən binanın tikintisi ilə bağlı bütün lazımı sənədləri, rəyləri alıb: “Qəzetlərdə satınalmaların keçirilməsi ilə əlaqədar elan vermişik. Mən bu münasibətlə jurnalistləri təbrik edirəm”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!