24 Noyabr, 2011
Bakıya qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, noyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin soyuq və yağıntılı keçəcəyi, arabir sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Temperaturun anomal gedişi gözlənilir. Gecə və səhər 1-3 dərəcə isti, gündüz və axşam 0-2 dərəcə şaxta olacaq. 

Azərbaycanın rayonlarına gəlincə, noyabrın 24-də hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yağacağı, arabir intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-4 dərəcə isti, gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə və gündüz 3-8 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin soyuq və yağıntılı keçəcəyi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!