23 Noyabr, 2011
Şeyx bilmək istəyir

Allahşükür Paşazadə Ermənistana səfəri zamanı hansı sənədləri imzalayacaq? 

QMİ-dən Simsar.az-a verilən məlumata görə, A. Paşazadə MDB Dinlərarası Şurası Rəyasət Heyətinin bu il noyabrın 29-30-da İrəvanda keçiriləcək iclasının proqramı ilə tanış olub. 
Proqramdan məlum olub ki, İrəvanda keçiriləcək toplantı çərçivəsində QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün rusların patriarxı Kiril, Ümumgürcüstan patriarx-katolikosu II İlya və bütün ermənilərin katolikosu II Qaregin arasında imzalanması nəzərdə tutulan dördtərəfli sənədlərin layihələri hazırlanıb.

Şeyxülislam Allahşükür Paşazadə imzalanması nəzərdə tutulan sənədlərin layihələri ilə tanış olmaq istədiyini, yalnız bundan sonra İrəvana səfər edib-etməməklə bağlı qərar verəcəyini bildirib.

Sənədlərin layihələri yaxın günlərdə QMİ-yə çatdırılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!