23 Noyabr, 2011
Qənirə Paşayevanın pul tələb edən 3 təklifi

Deputat tələbələrin probleminə toxundu

Qənirə Paşayeva ali məktəblərin yataqxana problemlərinin də tezliklə həllini zəruri sayıb: “Yataqxanalardakı qaçqın və köçkünlər üçün binaların tikilməsi sürətləndirilməli və şəraiti olan yataqxanalar tələbələrə ayrılmalıdır. O cümlədən ali məktəblər üçün yeni yataqxanalar tikilməlidir. Çünki rayonlardan gələn tələbələrin kirayə haqqını valideynlər ödəməkdə çətinlik çəkirlər”.

Millət vəkili yüksək səviyyədə Soyqırım Muzeyinin yaradılması üçün gələni ilin büdcəsində vəsait nəzərdə tutulmasını istəyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!