23 Noyabr, 2011
Qoruğun rəhbəri özünü nöqsanlardan qoruya bilmədi

Qızılağaz Qoruğunun direktoru şiddətli töhmət aldı

Simsar.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, araşdırma zamanı qoruğun “Qaraquş”, “Xəzər” və “Akkuşa” mühafizə postlarının ərazisində mal-qaranın otarılması faktları aşkar edilib. Həmçinin, “Xəzər” mühafizə postu ərazisində qanunsuz ovun aparılmasına dəlalət edən intensiv atəş səsləri də qeydə alınıb.

Məlumata görə, yol verilmiş qanun pozuntuları Nazirliyin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun qaydada sənədləşdirilib


Aşkar olunmuş faktlarla bağlı vəzifə səlahiyyətlərinin icrasında yol verdiyi nöqsanlara görə qoruğun direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, onun vəzifəyə uyğunluğu məsələsinin araşdırılması Departament rəhbərliyinə tapşırılıb. Digər cavabdeh işçilər barəsində qanunamüvafiq qaydada intizam tənbeh tədbirləri görülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən qoruğun ərazisi nəzarətdə saxlanılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!