23 Noyabr, 2011
Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, noyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, günün ikinci yarısından başlayaraq havanın tutqun olacağı, axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. 

Mülayim şimal-qərb küləyi əsəcək, günün ikinci yarısından güclənəcək. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, noyabrın 23-də hava şəraitinin gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli olacağı, günün ikinci yarısından dəyişiləcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 9-14 dərəcə şaxta təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Noyabrın 23-də günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Temperatur ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Noyabrın 23-ü günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, 24-də kəskinləşməsi, güclü xəzri küləyi fonunda soyuq diskomfort şərait meteohəssas insanlar üçün əlverişsizdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!