22 Noyabr, 2011
Məlahət İbrahimqızı sahibkarların gördüyü işi tənqid etdi

"Məktəblər qızdırılmır"

Simsar.az-ın verdiyi məlumata görə, bunu millət vəkili Məlahət İbrahimqızı söyləyib. Məlahət İbrahimqızı deyib ki, yerlərdə bəzi sahibkarlar məktəb binaları tikdiriblər, lakin həmin məktəb binaları qızdırılmır, istilik sistemi ilə təminatda problem var: “Büdcədə ümumiyyətlə, məktəblərin istilik probleminin həlli üçün vəsait ayrılmasını istərdim”. 


Millət vəkili qeyd edib ki, kəndlərdə ayrı-arı şəxslər artezian quyuları qazdırıblar: “Ancaq “Azərenerji” bu quyuları enerji ilə təmin etmir və həmin artezian quyuları istifadəsiz qalır. Sahibkarlar tərəfindən qazdırılmış həmin artezian quyularının siyahıya alınması, “Azərenerji”, yaxud başqa bir qurumun balansına verilməsi yaxşı olardı”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!