22 Noyabr, 2011
Kanadada "HeydarbabaTV" açıldı

Yeni kanalın adı: "Heydərbaba"dı

Noyabrın 20-dən Kanadada Azərbaycan türkcəsində yeni telekanal fəaliyyətə başlayıb.

Simsar.az Günaz TV-nin internet saytına istinadən xəbərinə görə, yeni kanal "Heydərbaba" adlanır. 
HBTV brendi ilə efirə çıxan telekanal həftədə üç dəfə - cümə axşamı, cümə və şənbə günləri yerli "Rogers" televiziyasından Azərbaycan türkcəsində yayımlanacaq.
Telekanalın əsas məqsədi Azərbaycanın tarixi, musiqisi və mədəniyyətini tanıtmaqdır.
http://www.heydarbabatv.com/

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!