22 Noyabr, 2011
Deyirlər, qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə deyir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Simsar.az saytına verilən məlumata görə noyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, günün ikinci yarısından başlayaraq havanın tutqun olacağı, axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, günün ikinci yarısından güclənəcək. 
Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə noyabrın 23-də hava şəraitinin gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli olacağı, günün ikinci yarısından dəyişiləcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 9-14 dərəcə şaxta təşkil edəcək.

Hava şəraitinin qısa icmalına gəlincə noyabrın 23-də günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Temperatur ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Tibbi - meteoroloji proqnoz əsasən noyabrın 23-ü günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, 24-də kəskinləşməsi, güclü xəzri küləyi fonunda soyuq diskomfort şərait meteohəssas insanlar üçün əlverişsizdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!