22 Noyabr, 2011
Qərib Məmmədov: “Qanunun qəbulundan sonra işə başlayacağıq”

Qanunsuz tikililərlə bağlı qanun layihəsi hazırlanıb

Ölkədə qanunsuz tikilmiş tikililərlə bağlı yeni qanun layihəsi hazırlanıb. Simsar.az-ın verdiyi məlumata görə, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov söyləyib.

Qərib Məmmədov bildirib ki, qanun layihəsi parlamentə təqdim olunacaq: “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və Bakı Şəhər İcra Hakimiyyətinin mütəxəssisləri bu qanun layihəsini hazırlayıb, Milli Məclisə təqdim ediblər.

“Qanun layihəsinin nə vaxt müzakirə olunacağı parlamentdən asılıdır. Qanunun qəbulundan sonra biz bu istiqamətdə işə başlayacağıq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!