22 Noyabr, 2011
Qanunsuz miqrantların saxlanılması üçün mərkəzlər açılacaq

Mərkəzlər Bakıda və Yevlaxda olacaq

Simsar.az-ın məlumatına görə, bu haqda Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev bildirib. Onun sözlərinə görə, mərkəzlər Bakı və Yevlax şəhərlərində tikilib: “Qanunsuz miqrantların saxlanması üçün tikilən mərkəzlər yaxın günlərdə istifadəyə veriləcək. Azərbaycanda aşkarlanan qanunsuz miqrantlar həmin saxlama mərkəzlərində yerləşdiriləcək və qanunvericiliyə uyğun olaraq ölkə ərazisindən çıxarılmaları təmin ediləcək”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!