21 Noyabr, 2011
Təhsilsiz milyarderlər

«Forbes» onların siyahısını açıqlayıb

Milyarder olmaq üçün ali təhsil almağa ehtiyac yoxdu.
Dünya milyarderlərinin sırasına baxsaq görərik ki, onlar heç də, diplomlu iş adamları deyillər. Simsar.az-ın məlumatına görə, məşhur «Forbes» jurnalı məktəb məzunu olmayan milyarderlər siyahısını açıqlayıb. Siyahıda sahib olduğu 3.1 milyard dollarlıq sərvətiylə erməni iş adamı Kirk Kerkorian da yer alır. Kerkorian həvəskar boksla məşğul olmaq üçün 8-ci sinifdə məktəbi buraxıb.

Təhsilini yarımçıq buraxmış milyarderlər arasında «Virgin Records»in qurucusu Richard Branson (6.8 milyard dollar), «Gucci» və «Puma» ticarət markalarının sahibi Fransua Pinault (8.7 milyard dollar), İspaniyanın ən zəngin insanı «Inditex» moda firması (Zara və Massimo Dutt ticarət nişanları) imperatoru Amancio Ortega (31 milyard dollar) da yer alır.

RUSLAN

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!