19 Noyabr, 2011
Möhtəşəm binanın eskizi-"EUROVİSİON"

Bina 25 min tamaşaçı tutumuna malikdir

CNN telekanalı öz reportajında "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilə biləcəyi binanın eskizini açıqlayıb.

Dövlət Bayrağı Meydanının yaxınlığındakı "Baku Crystal Hall" idman kompleksinin inşası bu ilin sentyabrında başlayıb. Təxminən 25 min tamaşaçı tutumuna malik olacaq arena 2012-ci ilin aprel ayında istismara veriləcək.

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsinin Bakıda Dövlət Bayrağı Meydanında yeni idman-konsert kompleksinin tikintisi üzrə elan etdiyi tenderin qalibi Almaniyanın məhşur "ALPİNE Bau Deutchland AG" şirkəti olub.

"ALPINE Bau Deutschland AG" şirkəti 100 faizli "ALPINE Bau Group" şirkətinin törəməsidir.

"ALPINE Bau Deutschland AG" şirkətinin layihə üzrə tərəfdaşı "gmp International GmbH", İsveçrənin "Nüssli AG" və "Basler & Hofmann AG", eləcə də Avstriyanın "GmbH & Co. KG" və "SSF Ingenieure AG" şirkətləridir.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Eurovision 2011" mahnı müsabiqəsinin qalibi olublar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!