18 Noyabr, 2011
MÜBARİZ MƏNSİMOVUN QARDAŞI KONSUL OLDU

Mais Mənsimov Türkiyənin Lənkəranda konsulu təyin edildi

Simsar.az-ın cənub bürosunun məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib. 

Səfir bu təyinatın Azərbaycan prezidenti İlham Əliyev tərəfindən də bəyənildiyini bildirib.

Səfir açılışı gələn ilin əvvəllərində reallaşacaq fəxri konsulluğun fəaliyyətə başlaması ilə iki qardaş ölkə arasında münasibətlərinin daha da artacağına, iqtisadi əlaqələrin genişlənəcəyinə inamını ifadə edib.

Qeyd edək ki, tanınmış iş adamı Mübariz Mənsimovun qardaşı Mais Mənsimov “Xəzər Lənkəran” klubunun prezidentidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!