18 Noyabr, 2011
Yeniyetmə məhbuslar daha çox nə üstündə həbs olunublar?

Mədət Quliyev bu suala aydınlıq gətirdi

Azərbaycanda həbs olunan yetkinlik yaşına çatmayan şəxslərin çoxu narkotik vasitələrin istifadəçisi olduğuna görə məhkum olunub. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyev açıqlama verib.

O qeyd edib ki, yetkinlik yaşına çatmayan məhkumların əsas problemi tərbiyə olunmaqdır: “Azərbaycanda 9 milyondan çox əhali, 27 nəfər isə yetkinlik yaşına çatmayan məhkum var. Bunun çox və ya az olmasını demək düzgün deyil. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda ümumiyyətlə yetkinlik yaşına çatmayan məhkum olmamalıdır. Biz də buna çalışırıq. 2013-cü il ərzində Penitensiar Xidmətin yeni tikilən tərbiyə müəssisəsi istifadəyə veriləcək. Məhkumların həyat tərzinin yaxşılaşdırılması üçün işlər görülür. Hər bir cəzaçəkmə müəssisəsində idman zalı var. Son bir ay ərzində cəzaçəkmə müəssisələri 3 mindən artıq kitabla təmin olunub”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!