18 Noyabr, 2011
Qar yağacaq

Nazirlik proqnoz verdi

Dağlıq və dağ ətəyi rayonlarda sulu qar, qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya və Proqnozlar bürosundan Simsar.az-a verilən məlumata görə, noyabrın 19-da Bakıda və Abşeron yarımadasında havanın buludlu keçəcəyi, arabir yağış yağacağı, mülayim şimal-qərb küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Temperatur gecə 4-6, gündüz 6-8 dərəcə təşkil edəcək.
Noyabrın 20-də paytaxtda dəyişkən, buludlu , əsasən yağmursuz hava müşahidə olunacaq, arabir tutulacaq. Gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağıntılar proqnozlaşdırılır. Cənub küləyi axşama doğru şimal küləyi ilə əvəzlənəcək. Temperatur gecə 3-7, gündüz 7-11 dərəcə olacaq.


Bölgələrdə noyabrın 19-da bəzi yerlərdə yağıntı olacaq, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacaq. Səhər ayrı-ayrı yerlərdə mülayim qərb küləyi əsəcək. Temperatur Mərkəzi Aranda gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə olacaq. Dağlarda gecə 3-8 şaxta, gündüz 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta gözlənilir.
Noyabrın 20-də dağlıq və dağ ətəyi ərazilərdə qar yağacaq, gecə və axşam yağıntılı hava şəraiti müşahidə olunacaq. Amma gündüz əsasən yağmursuz hava gözlənilir. Mərkəzi Aranda gecə 0-5 dərəcə, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti gözlənilir.


İstirahət günləri hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!