18 Noyabr, 2011
Avtobusla gedən bütün zəvvarlar qayıtdı

Təyyarə də gecə saatlarında Bakıya enib

Hacı adını almış azərbaycanlı zəvvarları gətirən ikinci avtobus karvanı gecə saatlarında Bakıya çatıb. APA-nın məlumatına görə, bununla da ziyarətə avtobusla getmiş zəvvarların hamısı sağ-salamat evlərinə dönüb.

Gecə saatlarında zəvvarları gətirən üçüncü təyyarə də gecə saatlarında Bakıya enib.

Qeyd edək ki, 2500 nəfərdən ibarət azərbaycanlı zəvvarlar 18 və 26 avtobusdan ibarət iki karvanla və 5 təyyarə ilə Həcc ziyarətinə yola düşüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!