16 Noyabr, 2011
İslamçıların mitinqinə yox deyildi

"Mitinqçilər azad olunsun" şüarı səslənmədi

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan İslam Partiyasının noyabrın 20-nə planlaşdırdığı etiraz aksiyasına icazə verməyib.

Partiyanın mətbuat xidmətin rəhbəri Cavid Cabbarlı “Media forum” saytına açıqlamasında deyib ki, mitinq üçün “Ulduz” metro stansiyasının çıxışı və ya “Təbriz” kinoteatrının qarşısı istənmişdi. Meriyadan partiyaya daxil olan cavab məktubunda həmin ərazilərdə aksiyanın təhlükəsizliyini təmin etməyin mümkün olmadığı bildirilib.

Cavid Cabbarlının sözlərinə görə, mitinqi həbs olunan islamçıların azadlığa buraxılması, “Qarabağa azadlıq”, söz azadlığına basqılara son qoymaq şüarları ilə keçirmək nəzərdə tutulurdu.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!