16 Noyabr, 2011
Azərbaycanda din pərdəsi altında gizlənənlər var

Hidayət Orucov belə düşünür

“Azərbaycanda dindən şəxsi, siyasi və xarici maraqlar üçün istifadə edən şəxslər var”. Simsar.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin tələbə və müəllim heyəti qarşısında çıxışında bildirib.

H. Orucov Azərbaycanda dini təhrif edənlərin də olduğunu bildirib. Komitə sədri deyib ki, Azərbaycana səviyyəli teoloqlar lazımdır.
Komitə sədri dövlət-din münasibətləri barədə də danışıb: “Bəziləri özlərindən uydururlar ki, guya dövlətin dindən ayrı olması o deməkdir ki, dövlət dinə qarışa bilməz. Əlbəttə ki, bu yanlışdır. Əslində isə dövlətin dindən ayrı olması o deməkdir ki, dövlət şəriət qanunları ilə idarə oluna, din siyasiləşə bilməz”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!