16 Noyabr, 2011
VALEH ƏLƏSGƏROV ELMSİZLİYƏ ÜSYAN ETDİ

"Elmə pul xərcləyib nə qazanacağıq?"

“Bu gün elmə nə qədər pul xərcləsək də, xeyri yoxdur. Bunun əvəzində nə əldə edəcəyik? Nə qazanacağıq?»

APA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin komitələrinin birgə iclasında, 2012-ci il dövlət büdcəsi layihəsinin müzakirəsində parlament sədrinin müavini Valeh Ələsgərov bildirib.

V. Ələsgərov deyib ki, bu gün dünyanın aparıcı elmi-tədqiqat müəssisələri öz məhsullarını bazara çıxarmaqla milyardlarla pul qazanırlar: “Hətta riyaziyyatı götürün, Lütfü Zadəni götürün. Bu adamın 5 nəzəriyyəsi var. Onlar olmasaydı, bugünkü kommunikasiya vasitələri olmazdı. Nəticə olaraq bu işləri görmək lazımdır. Biz hətta təhsil sahəsində nə əldə edəcəyik, o barədə düşünməliyik”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!