16 Noyabr, 2011
VƏKİLLƏR KOLLEGİYASININ SƏDRİ NARAHATDI

Vəkil olmaq istəyənlərin əksəriyyəti savadsızlıq nümayiş etdirib

Yəni ali məktəblərin də iştirakı ilə problem araşdırılmalıdır. Çünki vəkilliyə qəbulla bağlı keçirilən imtahanlarda vəkil olmaq istəyənlərin nəticələri qənaətbəxş deyil”.

Simsar.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Azər Tağıyev “Azərbaycanda vəkillik institutunun daha da inkişaf etdirilməsi və məhkəməyə müraciət etmək imkanlarının səmərəliliyinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. Vəkillər Kollegiyasının rəhbəri bildirib ki, vəkilliyə qəbulla bağlı hər hansı məhdudiyyət olmasa da, imtahanların nəticələri onları narahat edir: “Ötən il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən imtahandan sənəd verən 507 nəfərdən 77-si test imtahanı mərhələsindən keçə bilib. Bu il isə 605 nəfərdən 178-i birinci test mərhələsini adlaya bilib. Bu vəziyyətdə bizi düşündürür. Hesab edirəm ki, təhsil məsələsi də araşdırılmalıdır. Nəzərə alaq ki, test imtahanında suallar çox da ağır deyil”.

A. Tağıyev deyib ki, keyfiyyət olmadan kimlərinsə vəkil kimi işləməsinə imkan yaratmaq əlavə problemlər yarada bilər: “Bu da keyfiyyətin aşağı düşməsinə səbəb olacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!