15 Noyabr, 2011
Hacılar qayıtdı

Bu il 2500 nəfər Hacı olacaq

 

Həcc ziyarətini tamamlayan azərbaycanlı zəvvarları gətirən təyyarə bu gün səhər saatlarında Heydər Əliyev adına hava limanına eniş edib.


 Bu barədə Simsar.az-a sərnişinlərdən biri  məlumat verib. Digər zəvvarlar isə 17-19-dək ölkəyə qayıdacaqlar. 
Sabah isə avtobusla gələn zəvvarlarımızın birinci karvanının, bir gün intervaldan sonra isə ikinci karvanın çatacağı gözlənilir.

Qeyd edək ki, 2500 nəfərdən ibarət azərbaycanlı zəvvarlar bu il 18 və 26 avtobusdan ibarət iki karvanla və 5 təyyarə ilə yola düşmüşdülər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!