15 Noyabr, 2011
Qazı, suyu, işığı kəsə bilməzsiz

Qanuna qadağalar əlavə edildi

Simsar.az.ın məlumatına görə, dəyişikliklər barədə məlumat verən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, qanunlara dəyişikliklərin edilməsi istehlakçıların hüquqlarının qorunması sahəsində bir addımdır.

Dəyişikliyə görə, qaz, elektrik və istilik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qaz, elektrik və istilik enerjisinin dayandırılması qadağandır.

Qanun layihəsinin müzakirəsi zamanı millət vəkilləri mütəmadi olaraq qazın və elektrik enerjisinin xəbərdarlıq edilmədən kəsildiyini bildiriblər. Deputatlar ciddi ölçülər götürülməsinin vacibliyini qeyd ediblər.

Deputatlar müzakirələrdən sonra qanun layihəsinə dəyişiklikləri təsdiqləyiblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!