4 Noyabr, 2011
Proqnoza bax...

"Gələn il 172 min uşaq doğulacaq"

Simsar.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib. 

 Fond sədri yaşı 100-dən çox olan pensiyaçılardan birinin onun öz kəndçisi olduğunu dedi: «Belə yaşlı pensiyaçılardan birini şəxsən tanıyıram. Kəndçimizdir və qohumluğumuz var. Onun yaşı 105-dir».

S. Müslümov bu ilin yay aylarında DSMF işçilərinin 2 ay ərzində 1 milyon 200 min pensiyaçının şəxsi işinə baxmaqla rekord vurduğunu da söyləyib: «İşçilərimiz tozlu-torpaqlı kağızların içində, arxivlərdə işlədilər. Hətta bu iş elə gərgin keçdi ki, bəzi işçilərimizin burnundan qan da açıldı».

DSMF sədri bir sıra maraqlı statistikalar da açıqlayıb. S. Müslümovun ən maraqlı proqnozu isə ölkədə doğulacaq uşaqlarla bağlı olub. Sədrin açıqladığı rəqəmə əsasən gələn il Azərbaycanda 172 min körpənin doğulması gözlənilir: «Gələn il həmçinin sistemi 53,5 min nəfər tərk edəcək. Bu o deməkdir ki, gələn il Azərbaycanda təbii artım 118 min nəfər təşkil edəcək. DSMF sisteminə gələn il 43 mindən artıq pensiyaçının daxil olması, müxtəlif səbəblərdən 45,1 min nəfərin isə sistemi tərk edəcəyi proqnozlaşdırılır».

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!