4 Noyabr, 2011
Bədbin hava proqnozu

Anomal soyuq gəlir

Noyabrın 6-dan 8-i gündüzədək Azərbaycan ərazisində gözlənilən anomal hava şəraiti arktik soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması ilə əlaqədardır.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova bildirib.

Onun sözlərinə görə, həmin müddət ərzində ölkə ərazisində hava qeyri-sabit və soyuq keçəcək: “Temperaturun anomal gedişi gözlənilir. Belə ki, ölkə ərazisində gecə və səhər saatlarında temperatur 10 dərəcəyə yaxın olacaq. Lakın günün ikinci yarısında şimal küləyinin güclənməsi nəticəsində temperatur bir qədər düşəcək. Günün ikinci yarısında və axşam temperatur 2-5 dərəcə isti olacaq”.

G. Məmmədova onu da bildirib ki, Azərbaycanda belə anomal hava şəraiti əvvəlki illərdə də qeydə alınıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!