4 Noyabr, 2011
Dünyanın məşhur universitetləri Azərbaycana dəvət olunur

Sabah Təhsil Sərgisidir

Simsar.az-ın məlumatına görə, tədbirin təşkilatçısı Kaspi Təhsil Mərkəzinin direktoru Elnur Əbiyev deyib ki, sərgi noyabrın 5-də “Hyatt Regency” mehmanxanasında keçiriləcək: “Təhsil sərgisinin keçirilməsində məqsəd dünyanın qabaqcıl ölkələrinin universitetlərini Azərbaycana dəvət etməkdir. Sərginin əsas mahiyyəti xarici təhsil müəssisələrinin nümayəndələri ilə bizim tələbələri görüşdürməkdir. Bununla da tələbələr həmin universitet nümayəndələri ilə şəxsən ünsiyyət quracaqlar və qəbul qaydalarını öyrənəcəklər”.



E. Əbiyev sərgidə 15 ölkəni 50 universitetin təmsil edəcəyini bildirib: “Kaspi Təhsil Mərkəzi bu sərgidə Almaniya universitetlərinin də iştirakını təmin edib. Sərgidə iştirak edəcək universitetlərin təhsil haqları isə 3-15 min dollar aralığındadır”.


Direktor qeyd edib ki, sərgidə təhsil üçün təklif olunan universitetlərin hamısı Təhsil Nazirliyinin xaricdə təhsil almaq üçün siyahısında olan ali məktəblərdir: “Keçən 4 il ərzində 80 universitetlə əlaqə qurmuşuq və 150-dən tələbi xarici tədris müəssisələrinə göndərmişik. İki gün davam edəcək sərgidə 1500 ziyarətçinin iştirakını gözləyirik”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!