4 Noyabr, 2011
Şeyx Ermənistana dəvət olunub

Məlumatı II Qaregin verib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə noyabrın 29-30-da İrəvanda səfərdə olacaq. Simsar.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə bütün ermənilərin katolikosu II Qaregin bildirib. Qaregin deyib ki, A. Paşazadə MDB Dinlərarası Şurası Rəyasət Heyətinin İrəvanda keçiriləcək iclasına qatılacaq. 


Tədbirdə habelə Moskva və bütün rusların patriarxı rəhbəri Kirill də iştirak edəcək.
Rus patriarxının təşəbbüsü ilə İrəvanda Azərbaycan və Ermənistan ruhani rəhbərlərinin görüşü də gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!