4 Noyabr, 2011
Azərbaycandan Türkiyəyə yardım davam edir

Rabitə və Texnologiyaları Nazirliyi Van zəlzələsindən zərər çəkənlərə 20 min manat pul göndərdi 

Nazirliyin işçiləri Vanda baş verən zəlzələdən zərər çəkənlər üçün topladıqları 20 min ABŞ dollarını səfirliyə təqdim ediblər.

 Səfirlikdən Simsar.az-a bildiriblər ki, səfirlik bu yardımı yüksək qiymətləndirir, bunu, rabitə işçilərinin Van zəlzələsindən zərər çəkənlər üçün Qurban bayram hədiyyəsi olaraq qəbul edir və Van əhalisi adından minnətdarlığını bildirir: “Səfirliyimiz bir daha başda Rabitə və İnformasiya Texnologiyaları Naziri cənab Əli Abbasova və bütün Nazirlik əməkdaşlarına təşəkkür edir və Qurban Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!