3 Noyabr, 2011
Vəkil Aslan İsmayılov töhmət aldı

O, Vəkillər Kollegiyasının mövqeyini təxribat adlandırıb

Bu barədə Simsar.az-a Aslan İsmayılov məlumat verilib. Rəyasət Heyəti A. İsmayılova töhmət verilməsi barədə qərar çıxarıb. 
A. İsmayılov Rəyasət Heyətinin qərarının onun ictimai işləri ilə bağlı olduğunu bildirib: “Bu mənə qarşı olan təxribatın bir hissəsidir”.

A. İsmayılovun fikirləri ilə bağlı Vəkillər Kollegiyasının mövqeyini öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, A. İsmayılovun müqavilə bağladığı bir şəxs vəkilin onu təhqir etdiyini əsas gətirərək kollegiyaya şikayət edib. Sentyabrın 14-də Vəkillər Kollegiyasının İntizam Komissiyası həmin şikayətə baxaraq, Rəyasət Heyətinə göndərib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!