3 Noyabr, 2011
ELM ADAMLARIMIZ BEYNƏLXALQ SİMPOUZUMDA

“Tarixdə Ankara” adlı simpoziumda dünyanın 20 ölkəsindən 90 elm adamı iştirak edib

Ankara Universitetinin 75 illiyi münasibətilə “Tarixdə Ankara” mövzusunda beynəlxalq simpozium keçirilib. Simsar.az-ın əməkdaşının verdiyi məlumata görə simpoziumda Azərbaycanlı elm admları da iştirak ediblər. Azərbaycan MEA-nın müxbir üzvü, Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyevin məlumatına görə 1936-cı ildə Müstafa Kamal Atatürkün fərmanı ilə fəaliyyətə başlayan Ankara Universiteti İstanbul Universitetindən sonra Türkiyənin ikinci böyük ali təhsil müəssisəsidir. Bu il Ankara Universitetinin 75 yaşı tamam olub. Bu münasibətlə təşkil olunan “Tarixdə Ankara” adlı simpoziumda dünyanın 20 ölkəsindən 90 elm adamı iştirak edib. Yüksək səviyyədə keçirilən və türkiyə mediasının diqqət mərkəzində olan simpoziumda Azərbaycanı uğurla təmsil edən alim “Türk dünyasının inkişafında Ankara Universitetinin rolu” mövzusunda məruzə ilə çıxış edib.
Məruzə ətrafındakı sualları cavablandıran alim, hər iki ölkənin bütün sahələrdə qardaş münasibətləri qurduğunu bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!