3 Noyabr, 2011
Misir Mərdanovun "vurulmuş" müavinləri barədə daha bir xəbər

Sabiqlər kolegiya üzvlüyündən çıxarıldı

Simsar.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qərarda qeyd edilir ki, "Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli qərarının "Kollegiyanın üzvləri" bölməsindən "İsgəndərov İsgəndər Barat oğlu - təhsil nazirinin müavini", "Hüseynova İradə Mehdiqulu qızı - təhsil nazirinin müavini", "Qasımov Elmar Eldar oğlu - təhsil nazirinin müavini" sözləri çıxarılsın. 

Eyni zamanda "Nağıyev Piri Abbas oğlu - Naxçıvan MR-in təhsil naziri" sözlərindən əvvəl "Novruzov Qulu Novruz oğlu - təhsil nazirinin müavini" sözləri əlavə edilsin.

Qeyd edək ki, təhsil nazirinin müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynova 14 sentyabr 2011-ci il tarixdə tutduqları vəzifədən azad ediliblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!