3 Noyabr, 2011
Göyçay "Nar Bayramı"na hazırlaşır

Xarici ölkələrdən qonaqlar gələcək

Simsar.az-ın bölgə müxbiri xəbər verir ki, tədbir saat 12:00-da Göyçay rayon mərkəzində yerləşən Heydər Əliyev Mərkəzinin qarşısında rəsmi açılış mərasimi ilə başlayacaq.

Yerli və xarici tədbir iştirakçıları nar məhsullarından ibarət sərgilər, nar mövzusunda hazırlanmış bədii kompozisiyalarla tanış olmaq imkanı əldə edəcəklər. Daha sonra qonaqların şərəfinə ziyafət və bayram konserti təşkil olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!