3 Noyabr, 2011
Şeyx müsəlmanları təbrik etdi

"Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir”

QMİ-nin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, təbrik məktubunda deyilir: “Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allah rizası üçün kəsilən qurbanlarımızın, dua və ibadətlərimizin Haqq dərgahında qəbul olunmasını Pərvərdigari-Aləmdən diləyirəm. Bəşər övladının öz Uca Yaradanına təqva və məhəbbətini, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətini təcəssüm etdirən müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir”. 


Şeyx təbrikdə vurğulayıb ki, Azərbaycan müsəlmanları artıq 20 ildir, öz müstəqilliyini bərpa edərək, dünya müsəlmanları ilə birgə Qurban bayramını istər Vətəndə, istərsə də İslamın müqəddəs məkanlarında layiqli şəkildə qarşılamaq imkanına malikdirlər.


A.Paşazadə əziz gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyib.

Qeyd edək ki, Azərbaycanda Qurban bayramı noyabrın 6-7-də qeyd ediləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!