3 Noyabr, 2011
Yenə "quş qripi"

Quşlardan nümunə götürüləcək

DBX-nın mətbuat mərkəzindən APA-ya verilən xəbərə görə, köçəri quşların miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start veriləcək. Monitorinq Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də “Ovçular” Cəmiyyətinin mütəxəssis və əməkdaşları ilə aparılacaq.

Monitorinqin köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarında milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq zamanı quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək.

Monitorinqin nəticələri noyabrın 25-də açıqlanacaq.

DBX xatırladır ki, köçəri quşların miqrasiyası və havaların kəskin soyuması ilə əlaqədar olaraq ev quşları qapalı şəraitdə saxlanılmalıdır. Köçəri və çöl quşlarının ovlanması, satılması, onlardan qida məhsulu kimi istifadə qəti qadağandır.

Hal-hazırda “quş qripi” xəstəliyinə görə, Azərbaycanda epizootik vəziyyət sabitdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!