3 Noyabr, 2011
Qurban bayramı qoyun satanlara düşmədi

Xəzər rayonunda yol kənarında qoyun satışına qadağa qoyulub

Xəzər rayonu, Almas İldırım küçəsində yerləşən “Mir Möhsün ağa” ziyarətgahına gedən yoldakı sallaqxanalar bağlanılıb. Orda nəinki ət, hətta qurbanlıq qoyunların satışına da icazə verilmir.

Simsar.az-ın məlumatına görə, satıcılar “Bizim Yol” qəzetinə bildiriblər ki, Xəzər rayon İcra Hakimiyyətinin göstərişilə sallaqxanalar bağlanılıb. Yalnız sənədi qaydasında olan mağazaların fəaliyyətinə icazə verilir.

Məlumatlara görə, 50-yə yaxın sallaqxana bağlanılıb. Satıcılar qurbanlıq qoyunları evlərində satmağa məcbur olublar. Yol kənarına qoyun çıxaranlar isə polis bölməsinə aparılaraq cərimə olunurlar.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!