2 Noyabr, 2011
Klinton Azərbaycan xalqını təbrik etdi

"Qurban bayramı müsəlmanları bir araya gətirir"

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova Qurban bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Trend-in çərşənbə günü XİN-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, dövlət katibi təbrik məktubunda Qurban bayramının dünyanın müxtəlif ölkələrinin müsəlmanlarını bir araya gətirdiyini vurğulayaraq, bunun çox mühüm dəyər olduğunu və ABŞ-ın bu dəyəri paylaşdığını diqqətə çatdırıb.

Dövlət katibi Azərbaycan xalqını və hökumətini bu müqəddəs bayram münasibətilə təbrik edib.

Müqəddəs Qurban bayramı bu il noyabrın 6-7-də qeyd ediləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!