2 Noyabr, 2011
Naxçıvanda telefonlar 7 rəqəmli oldu

44-lə başlayan nömrələrin ilk iki rəqəmi əvəzinə 552 yığılacaq

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, telefon istifadəçilərinin diqqətinə çatdırılır ki, bundan sonra 7 rəqəmli nömrə planına keçidlə əlaqədar Şərur rayonundakı 44-lə başlayan (44-XX-XX) telefon nömrələrinin ilk iki rəqəmi əvəzinə 552 (552-XX-XX), “Naxtel”-in 40-la başlayan (40-XX-XX) nömrələrinin ilk iki rəqəminin əvəzinə 554 (554-XX-XX), rayonlarda istismar edilən digər telefon nömrələrinin əvvəlinə 5 rəqəmi əlavə edilməklə yığılmalıdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!