2 Noyabr, 2011
Nazirlər Kabineti qərar verdi

Qərarda 5 şərt var

NK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qərar "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun tətbiqi barədə ölkə prezidentinin 1 iyul tarixli 460 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə verilib. Qərara əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarlar aşağıdakılardır:
1. Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə;
2. Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə;
3. İşlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması;
4. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması;
5. Dövlət mükafatı laureatı olması.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!