2 Noyabr, 2011
Məşhur güləşçiyə vəzifə verildi

Fərid Mansurov vitse-prezident oldu

Bu barədə apasport.az saytına Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Əjdər Cəfərov məlumat verib.

O bildirib ki, AGF prezidenti Fazil Məmmədovun əmri ilə olimpiya və ikiqat dünya çempionu federasiyada gənclər üzrə vitse-prezidenti kimi fəaliyyət göstərəcək: “Fərid Mansurov bir müddət öncə baş məşqçi postundan öz ərizəsi ilə istefa vermişdi. Onun əldə etdiyi nailiyyətlərin Azərbaycanın idman tarixində özünəməxsus yeri var. İstefa verərkən belə, o, güləşin inkişafı üçün əlindən gələni etməyə hazır olduğunu bildirmişdi. AGF rəhbərliyi də Fərid Mansurovun güləşin gənclər arasında daha geniş təbliğinə və bu idman növünün gələcək inkişafına öz bilik və bacarığını sərf etməsi üçün bu addımı atıb”.

Xatırladaq ki, Mansurov 2 ay öncə İstanbulda başa çatan dünya çempionatından sonra baş məşqçi postundan ayrılmışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!