2 Noyabr, 2011
Qocaları cavanlaşdırmağın dərmanı tapıldı

Fransızların təcrübəsi uğur qazandı

Simsar.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, fransız elm adamları aralarında yüz yaşını keçənlərin də olduğu xəstələrdən alınan hüceyrələri laboratoriya şəraitində müxtəlif komponetlərdən istifadə edərək embriondakından fərqlənməyən gənc kök hüceyrələrə çevirməyi bacardıqlarını açıqlayıblar.
Montpellier universitetində aparılan araşdırmada yaşları 74-101 arasında olan xəstələrdən alınan yaşlı hüceyrələrə Nanong və Lin28 adlı proteinlər əlavə olunub. Nəticədə yaşlı hüceyrələrin gənc kök hüceyrələrə çevrilməsi müşahidə edilib. Araşdırma aparan qrupun rəhbəri Jean Marc Lematre deyib ki, yaşlı hüceyrənin yenidən proqramlaşdıralaraq gəncləşdirilə biləcəklərini sübuta yetiriblər.
Hüceyrələrin gəncləşdirilməsini sınaqdan keçirənlər yaxın gələcəkdə xəstə orqanların yerinə yenilərinin laboratoriya şəraitində inkişaf edirlərək nəql edilməsinə və hüceyrələri yeniləyəcək dərman preparatlarının istehsal edilməsinə yol açılacağına inandıqlarını bildiriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!