2 Noyabr, 2011
Zəvvarların avtobusunda partlayış baş verib

Partlayış nəticəsində 2 nəfər britaniyalı zəvvarın öldüyü, 70 nəfərin isə yaralandığı bildirilir

Səudiyyə Ərəbistanında Britaniya zəvvarlarının avtobusunda partlayış baş verib. Partlayış nəticəsində 2 nəfər britaniyalı zəvvarın öldüyü, 70 nəfərin isə yaralandığı bildirilir. Partlayış zəvvarlarla dolu avtobus Ciddə hava limanından Məkkəyə istiqamət götürdükdən bir neçə dəqiqə sonra baş verib. Hadisənin terror aktı olub-olmadığı hələlik məlum deyil.

Ölənlərin ər və arvad olduğu bildirilir. Zəvvarlar Həcc ziyarətini həyata keçirmək üçün Britaniyanın Birmingem şəhərindən yola çıxıbmışlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!