1 Noyabr, 2011
Günəş tutulacaq

Noyabrın 25-də təbiət hadisəsi baş verəcək

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib. Onun sözlərinə görə, qismən günəş tutulması noyabrın 25-i Bakı vaxtı ilə səhər saat 09.21-də olacaq.

Azərbaycan ərazisindən bu təbiət hadisəsi müşahidə edilməyəcək. Günəş tutulması daha çox yer kürəsinin cənub yarımkürəsində hiss olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!