1 Noyabr, 2011
"Odlar Yurdu" söhbəti bitdi

Kollecin lisenziyası ləğv edildi

Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev bildirib. Onun sözlərinə görə, Akkreditasiya Şurasında kollecin fəaliyyət müddətinin uzadılması məqsədəuyğun hesab edilməyib: “Kollecin fəaliyyəti dayandırılmışdı və son illər ora tələbə qəbulu aparılmırdı. Amma lisenziyası qalırdı. Artıq təhsil müəssisəsi özü könüllü olaraq fəaliyyətini tam dayandırdı”.


Qeyd edək ki, “Odlar Yurdu” Universitetinin və onun nəzdindəki Tam Orta Təhsil İnnovasiyalar Məktəbinin lisenziyasının müddəti isə növbəti dəfə 5 il müddətinə uzadılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!