1 Noyabr, 2011
Bakıda hava küləkli olacaq

Paytaxtda 14 dərəcəydək isti, dağlıq ərazilərdə 14 dərəyəcək şaxta gözlənilir

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, şimal-qərb küləyinin sürəti 7-12 m/s, gündüz cənub küləyinin sürəti 6-11 m/s təşkil edəcək. Havanın temperaturu gecə 8-11 dərəcə, gündüz 12-16 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, Lənkəran-Astara zonasında az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9 dərəcə, gündüz 10-15 dərəcə, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 9-14 dərəcə şaxta təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz: Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!