31 Oktyabr, 2011
Əhliman Əmraslanov mükafatlandırıldı

Rektor xaricdəki universitetin fəxri doktoru oldu

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov Türkiyənin Qazi Universiteti tərəfindən fəxri doktor adına layiq görülüb.

SalamNews-un "Cihan"a istinadla verdiyi xəbərə görə, Ə.Əmiraslanov tibb elminə, Türkiyədə və Azərbaycanda tibb təhsilinə verdiyi töhfələrə görə fəxri doktor mükafatı ilə təltif olunub. Fəxri doktor mükafatı bu gün ATU-nun rektoruna verilib.

Bu münasibətlə keçirilən mərasimdə Qazi Universitetinin tibb fakültəsində keçirilib. Mərasimdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr köməkçisi Mehmet Sağlam, Qazi Universitetinin rektoru, professor Rza Ayhan, Qazi Universitetinin Tibb fakültəsinin dekanı, professor Pəyami Cinaz, Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov və başqaları iştirak ediblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!