31 Oktyabr, 2011
Erməni AZAl-ı məhkəmə ilə hədələdi

Gürcüyana Moskvadan Bakıya uçmağa icazə verməyiblər

Simsar.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, hüquq müdafiəçiləri erməni soyadlı Rusiya vətəndaşının Azərbaycana buraxılmamasını qaydalarda olan istisna halı deyil, sadəcə ənənə kimi dəyərləndiriblər. 

Xatırladaq ki, “AvtoVaz” ASC-nin ixracat satışının idarə rəisi Serqey Gürcüyan “Lada” avtosalonunun açılışı üçün Moskvadan Bakıya uçmalı idi. Oktyabrın 27-də Domodedova aeroportunda Azərbaycan hava yollarına məxsus J2 853 reysində qeydiyyatdan keçməyə çalışan Gürcüyana rəhbərlikdən erməni soyadlı sərnişinlərin qeydiyyatdan keçirilməməsi ilə bağlı tapşırıq alındığını bildiriblər.

Gürcüyan Rusiya vətəndaşı olduğunu və ömrü boyu Moskvada yaşadığını bildirsə də onun xahişi yerinə yetirilməyib. Bunun irqi ayrı-seçkilik olduğunu bildirdikdən sonra isə onu müşayiət edən “AvtoVaz”ın Lada İnternational filialının rəhbərlərindən biri Demitri Şumaxer də reysdən çıxarılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!