31 Oktyabr, 2011
Azərbaycan furbolunda baş məşqçi istefası

"AZAL" problem yaşayır

Abdullayev Unibank Premyer Liqasında 7 turdur komandasının qalib gələ bilməməsini səbəb göstərib. O, XI turda “Sumqayıt Şəhər”ə 1:2 hesablı məğlubiyyətdən sonra AZAL-dan ayrılmaq istədiyini açıqlayıb: “Çempionatda indiyədək qalib gələ bilməyən komandaya uduzmaq mənim imicimə böyük zərbədir. İndiyədək karyeramda belə hal olmayıb. Bu gün rəhbərliklə görüşəcəyəm və istefa qərarımı bildirəcəyəm. Əvvəllər də iki dəfə istefa vermək istəmişəm. Amma rəhbərlik hələlik işləməyimi məqsədəuyğun sayıb. Amma bu dəfə qərarımda israrlıyam”.

Bununla belə, AZAL-la mövsümün sonunadək müqaviləsinin olduğunu xatırladan Abdullayev klub rəhbərliyinin qərarına hörmətlə yanaşacağını vurğulayıb. “7 turdur uda bilmirik. Bəlkə problem məndədir? Bəlkə futbolçular başqa ab-havada oynamağa öyrəşiblər. Mən isə nizam-intizamı xoşlayıram. Bəlkə mənə görə oynamaq istəmirlər?” deyən baş məşqçi postunda qalacağı halda heyətdə islahatlar aparıb-aparmayacağı ilə bağlı suala cavab vermək istəməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!