31 Oktyabr, 2011
ARDNŞ neftçilərin ölümünə reaksiya verdi

Bədbəxt hadisə ilə bağlı rəsmi məlumat yayıldı

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi (NQÇİ) tərəfindən istismar olunan "Günəşli" yatağında yerləşən 3 saylı dərin dəniz özülündəki 125 saylı quyuda əsaslı təmir işləri zamanı baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb.


 Simsar.az-ın ARDNŞ-in saytında istinadən verdiyi məlumata görə, NQÇİ-nin qazmaçısı Gözəlov Nəhmət Absalam oğlu və qazmaçı köməkçisi Qazıyev Fikrət Əziz oğlu hadisə zamanı aldıqları xəsarətdən ölüblər. 

İlkin araşdırmalar göstərib ki, əsaslı təmir işləri zamanı bütün işçilər, o cümlədən Gözəlov və Qazıyev lazımi fərdi mühafizə vasitələrindən istifadə ediblər.
Hadisə ilə əlaqədar Dövlət Əmək Müfəttişliyi, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və ARDNŞ-nin müvafiq qurumlarının nümayəndələrindən ibarət birgə komissiya yaradılıb.
Hadisənin səbəbləri araşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!