31 Oktyabr, 2011
Sonuncu zəvvar qrupu Səudiyyə Ərəbistanına çatdı

Həccə gedənlər cəmi 5 təyyarədən istifadə edib

Azərbaycanlı zəvvarları aparan sonuncu təyyarə artıq Səudiyyə Ərəbistanındadır. Azərbaycanda Həcc missiyasının təşkilatçısı olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən APA-ya bildirilib ki, bütün azərbaycanlı zəvvarlar dini ayinlərin yerinə yetirilməsinə, yəni Həcc ziyarətinə başlayıblar. QMİ bütün zəvvarlarımızın sağ-salamat olduğunu bildirib.

Qeyd edək ki, azərbaycanlı zəvvarlar Həcc ziyarətinə 18 və 26 avtobusdan ibarət iki karvan və 5 təyyarə ilə yola düşüblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!