31 Oktyabr, 2011
Alman supermodel hər kəsin diqqətini çəkdi

O, Ifritlər Bayramında ifritcəsinə geyib

Alman supermodel Heidi Klum Qərbin 31 oktyabrda qeyd etdiyi Ifritlər Bayramında maraqlı kostyumla diqqəti cəlb edib.

Klum ABŞ-ın Las Veqas şəhərində Qumarxanada təşkil edilən partiyə cəsət kostyumuyla qatılıb. Partiyə yarılma gödəkcəsində gələn 38 yaşlı manikenin cəsət makiyajı bir gün vaxt aparıb. Twitter vasitəsilə makiyajın hər mərhələsini pərəstişkarlarıyla paylaşan Klum "Damarlar o qədər aydın görünür ki, hətta partiyaya çılpaq getdiyimi zənn etdim” dedi.
Manken 2008-ci ildə 8 qollu Hind tanrısı, 2009-cu ildə quş, keçən il Transformers kostyumuyla diqqət çəkib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!